SOCAR-ın Türkiyədəki zavodu gəlirlərini 44 % artırıb

Energetika
  • 08 aprel, 2022
  • 11:57
SOCAR-ın Türkiyədəki zavodu gəlirlərini 44 % artırıb

Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu (NEZ) 2021-ci il üzrə əsas iqtisadi göstəricilərini açıqlayıb.

“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, STAR NEZ 2021-ci ildə ümumi gəliri 6,14 milyard ABŞ dolları təşkil edib ki, bu da daha əvvəlki ilin göstəricisi ilə müqayisədə 44 % çoxdur.

Ötən il neft emalı zavodu Türkiyədə dizel yanacağı satışının 17,5 % bazar payına malik olub. Həmçinin, STAR reaktiv yanacaq satışı üzrə 12,6 %, LPG satışı üzrə 5,1 % bazar payına malikdir.

2021-ci ildə STAR NEZ-in məhsul istehsalının satış həcmlərinin 64 %-i Türkiyənin daxili bazarına, 36 %-i isə xarici bazarlara həyata keçirilib. Zavodun istehsal etdiyi məhsulların ixrac etdiyi ilk beşlik ölkələrinin arasında Yunanıstan, Livan, İtaliya, Belçika və Hollandiya var.

Belə ki, 2021-ci ildə STAR Neft Emalı Zavodu Türkiyədə ən rəqəmsal NEZ olub. 2020-ci ildə rəqəmsallaşdırmanın zavoda qazandırdığı əlavə dəyərin həcmi 3,4 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.

Ötən il zavod xam neft emal gücünü ildə 10 milyon tondan 11 milyon tonadək artırıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

Son xəbərlər

Bütün Xəbər Lenti