SOCAR-ın Türkiyədəki törəməsi ən yaxşı işəgötürən şirkətlərdən biri seçilib

SOCAR-ın Türkiyədəki törəməsi ən yaxşı işəgötürən şirkətlərdən biri seçilib Bakı. 7 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə müəssisəsi - “SOCAR Turkey Enerji A.Ş” Türkiyənin ən yaxşı işəgötürən şirkətlərindən biri olub.
Energetika
7 May , 2018 13:21
SOCAR-ın Türkiyədəki törəməsi ən yaxşı işəgötürən şirkətlərdən biri seçilib

Bakı. 7 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə müəssisəsi - “SOCAR Turkey Enerji A.Ş” Türkiyənin ən yaxşı işəgötürən şirkətlərindən biri olub.

“Report” xəbər verir ki, bu barədə “Great Place to Work” İnstitutunun Türkiyədə 2018-ci il üzrə araşdırmasının nəticəsində qeyd olunub.

“SOCAR Turkey Enerji A.Ş”nin İnsan Resursları Departamentinin rəhbəri Dinar Məmmədova bildirib ki, şirkət bundan sonra da güclü işəgötürən marka şüarını daha yüksəklərə çıxarmaq üçün çalışacaq. O qeyd edib ki, şirkət mükafatı ikinci dəfə alır və işçilərin məmnuniyyət səviyyəsi 92%-ə qaldırılıb: “Biz "SOCAR Turkey”də etika dəyərləri ilə yanaşı, ədalətli, sağlam və etibarlı mühitin hakim olduğu bir iş mühiti təmin etməyi hədəfləyirik”.

Qeyd edək ki, “Great Place to Work” İnstitutu 60-dan çox ölkədə fəaliyyət göstərərək şirkətlərdə araşdırma aparır. Türkiyənin ən yaxşı işəgötürənləri müsabiqəsinə ümumilikdə 84 şirkət qatılıb.

Son xəbərlər

Orphus sistemi