SOCAR-ın “Ödənişli Yay Təcrübəsi” proqramı üzrə test imtahanları keçirilib

SOCAR-ın “Ödənişli Yay Təcrübəsi” proqramı üzrə test imtahanları keçirilib Test imtahanından müvəffəqiyyətlə keçmiş namizədlər müsabiqənin növbəti mərhələsində iştirak edəcəklər
Energetika
23 İyun , 2017 15:21
SOCAR-ın “Ödənişli Yay Təcrübəsi” proqramı üzrə test imtahanları keçirilib
Report.az

Bakı. 23 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Ödənişli Yay Təcrübəsi” proqramı üzrə test imtahanları keçirilib.

“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, mayın 8-də “Ödənişli Yay Təcrübəsi” proqramı üzrə müsabiqəyə start verilib və 799 tələbə proqrama müraciət edib. Onlardan 227 nəfəri ilkin mərhələdə proqramın şərtlərinə uyğun olmadığı üçün müsabiqənin I turuna - test mərhələsinə buraxılmayıb. Növbəti mərhələyə vəsiqə qazanan 572 tələbədən 47 nəfəri cari ildə SOCAR-ın Daxili Təqaüd Proqramının qalibi olduğu üçün şərtlərə əsasən birbaşa müsabiqənin qalibi elan edilib, digər 525 namizəd isə 21-22 iyun tarixlərində test imtahanlarında iştirak ediblər. Test imtahanlarında məntiqi təfəkkürün yoxlanması üzrə 40 test tapşırığının cavablandırılmasına 60 dəqiqə vaxt ayrılıb. Test imtahanından müvəffəqiyyətlə keçmiş namizədlər müsabiqənin növbəti mərhələsində iştirak edəcəklər.

SOCAR neft ixtisasları üzrə təhsil alan tələbələrin yay tətillərinin səmərəli təşkilini, onların neft-qaz sənayesi üzrə təcrübi biliklərinin artırılmasını, habelə şirkətin müəssisələrində real iş şəraiti ilə yaxından tanış olmalarını diqqət mərkəzində saxlayır və bu məqsədlə 2010-cu ildən etibarən hər il Azərbaycanın və xarici ölkələrin müxtəlif ali məktəblərində neft-qaz mühəndisliyi, qazma, geofizika, geologiya, istehsalatın avtomatlaşdırılması, kompüter, inşaat, ekologiya, neft-kimya və kimya mühəndisliyi, energetika, proqramçı və digər ixtisaslar üzrə təhsil alan, Azərbaycan vətəndaşı olan tələbələr üçün “Ödənişli Yay Təcrübəsi” proqramını həyata keçirir. Proqramda bakalavr pilləsinin əyani şöbəsinin III və IV, magistraturanın I və II kurslarında təhsil alan tələbələrin iştirak etməsi üçün imkanlar yaradılır.

"Proqramın şərtlərinə əsasən, təcrübə müddətində tələbələrlə müvəqqəti əmək müqaviləsi bağlanılır və onlar minimal dərəcə ilə mütəxəssis vəzifəsinə işə qəbul olunurlar. Təcrübəçilərə işlədikləri müddətə və vəzifələrinə uyğun əmək haqqı ödənilir”, - dey' məlumatda qeyd edilib.


Son xəbərlər

Orphus sistemi