SOCAR-ın nümayəndə heyəti Tehranda beynəlxalq sərgidə iştirak edir

SOCAR-ın nümayəndə heyəti Tehranda beynəlxalq sərgidə iştirak edir SOCAR-ın stendi böyük maraq doğurub
Energetika
67
8 May , 2017 15:59
SOCAR-ın nümayəndə heyəti Tehranda beynəlxalq sərgidə iştirak edir

Bakı. 8 may. REPORT.AZ/ İranın paytaxtı Tehran şəhərində “İran Oil Show - 2017” XXII Beynəlxalq neft-qaz, neft emalı və neft kimyası sərgisi işə başlayıb.

“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, SOCAR-ın nümayəndə heyəti də sərgidə iştirak edir.

“Mayın 6-9-da keçirilən sərgidə SOCAR-ın stendi böyük maraq doğurub. SOCAR-ın nümayəndələri iştirakçılara Azərbaycanın neft və qaz sənayesində baş verən yeniliklər, əldə olunan uğurlar, şirkətin ölkə daxilində və beynəlxalq layihələrdə rolu barədə məlumat verib, müxtəlif şirkət nümayəndələrinin SOCAR-la əməkdaşlıq imkanları nəzərdən keçirilib, onları maraqlandıran suallar cavablandırılıb”,- məlumatda qeyd olunub.

Sərgidə Rusiya, Çin, ABŞ, Almaniya, Fransa, İtaliya, Yaponiya, İspaniya, Cənubi Koreya, Türkiyə, Avstraliya da daxil olmaqla dünyanın 37 ölkəsindən 1500 xarici və 2500-ə qədər yerli şirkət iştirak edir. Rəsmi açılış mərasimində İranın keçmiş birinci vitse-prezidenti Pərviz Davudi, neft naziri Bican Zənqane, sərginin əsas təşkilatçısı - İran Milli Neft Şirkətinin icraçı direktoru Əli Kardor və digər rəsmi şəxslər iştirak ediblər.