SOCAR-ın neft məhsullarının xaricə ixracı 15 %-dək azalıb

Energetika
  • 29 aprel, 2023
  • 10:10
SOCAR-ın neft məhsullarının xaricə ixracı 15 %-dək azalıb

Bu ilin birinci rübündə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azərbaycandakı müəssisələrində istehsal olunan 478 min 125 ton neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilib.

Bu barədə “Report” SOCAR-ın bu ilin birinci rübünə dair qazma, hasilat, emal və ixrac göstəriciləri ilə bağlı açıqlamasında deyilir.

Bildirilib ki, bu, ötən ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 82 min 379 ton və ya 14,7 % azdır.

Xatırladaq ki, 2022-ci ilin yanvar-mart aylarında SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal edilən 560 min 504 ton neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilib.

Qeyd edək ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın “Aİ-92”, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin “Euro-5” standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İstehsalat Birliyinin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Son xəbərlər

Bütün Xəbər Lenti