SOCAR-ın müxtəlif ölkələr üzrə ötənilki gəlirləri açıqlanıb
Energetika
- 07 iyul, 2022
- 12:49
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
2021-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ölkədəki aktivlərindən 7,804 milyard manat gəlir əldə edib.
“Report” xəbər verir ki, bu barədə şirkətin ötən il üzrə konsolidasiya olunmuş maliyyə hesabatında bildirilir.
Sənədə əsasən, hesabat dövründə SOCAR-ın İsveçrədə 44,625 milyard manat, Türkiyədə 17,567 milyard manat, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) 2,937 milyard manat, Gürcüstanda 1,240 milyard manat, digər ölkələrdə isə 3,358 milyard manat gəliri olub.
İl ərzində şirkətin Azərbaycandakı gəlirləri 23,7 %, BƏƏ-dəki gəlirləri 32,1 %, digər ölkələrdəki gəlirləri 1,7 dəfə artıb.
Həmçinin, İsveçrədəki gəlirləri 46,4 %, Türkiyədəki gəlirləri 2,3 dəfə, Gürcüstandakı gəlirləri 18,7 % azalıb.
SOCAR опубликовал доходы от активов в разных странах
SOCAR announces amount of earnings from assets abroad
Son xəbərlər
16:21
Azərbaycanda bəzi ərazilərdə sabah güclü külək əsəcək - Xəbərdarlıq
Ekologiya
16:21
Bolqarıstan sahillərində heyətində Azərbaycan və Türkiyə vətəndaşlarının olduğu yük gəmisi batıb - Yenilənib
Digər ölkələr
16:18
Merts şəxsi təyyarəni idarə etmək üçün lisenziyasından məhrum edilib
Digər ölkələr
16:15
Foto
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı ərəfəsində yolların vəziyyəti müzakirə olunub
Fərdi
16:12
Deputat: "Aparıcı banklar Azərbaycana cəlb edilməlidir"
Maliyyə
16:07
Foto
Video
Binəqədidə restorandakı yanğın söndürülüb - Yenilənib
Hadisə
16:05
Foto
Milli Paralimpiya Komitəsinin nümayəndələri Qazaxıstanda təcrübə mübadiləsi aparıblar
Fərdi
16:02
Aİ Rusiyanın 113 fiziki şəxsi və şirkətinə qarşı sanksiyalar tətbiq edib
Digər ölkələr
15:59
Azərbaycana gələn turistlərin 90 %-dən çoxu göstərilən xidmətlərdən razı qalıb
Turizm