Bakı. 15 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyi və onun çoxminli kollektivinin üzvləri 15 iyun-Milli Qurtuluş Günü münasibəti ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət ediblər.
Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
Şirkət nümayəndələri suveren Azərbaycan dövlətinin qurucusu və memarı, müstəqilliyin əbədiliyinin qarantına çevrilmiş, iqtisadiyyatın inkişafında, milli dövlətçiliyin möhkəmlənməsində müstəsna rol oynamış enerji strategiyasının banisi ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə Azərbaycan neftçilərinin bəslədiyi dərin hörmət və ehtiramın ifadəsi olaraq ümumilli liderin məzarı üzərinə çiçəklər düzüb, onun ruhu qarşısında baş əyiblər.