Azərbaycan Dövlət Neft Şirkətinin (
“Report” xəbər verir ki, bu barədə şirkətin 2018-ci il üzrə audit olunmuş maliyyə hesabatında qeyd edilib.
Hesabat ilində satışların maya dəyəri 105,468 mlrd. manat, xalis əməliyyat xərcləri isə 2,135 mlrd. manat təşkil edib. Ötən ildə şirkətin əməliyyat gəliri 42,5% artaraq, 3,595 mlrd. manata çatıb.
Bildirilib ki, SOCAR-ın fəaliyyət göstərdiyi bəzi xarici ölkələrdə valyuta kursunun dəyişkənliyi xərclərin artımına səbəb olsa da, Şirkət 2018-ci ili mənfəətlə başa vurmağa nail olub. Beləliklə, şirkətin xalis mənfəəti 1,224 mlrd. manat təşkil edib. Hesabat ilində xam neftin satışından 58,462 mlrd. manat, neft məhsullarının satışından isə 40,093 mlrd. manat əldə edilib.
SOCAR-ın prezidenti
Audit olunmuş maliyyə hesabatlarına görə, SOCAR Qrupunun ümumi aktivləri ötən il 1,29% artaraq 62,136 mlrd., bunun müqabilində ümumi borc öhdəlikləri 13,7 mlrd. manat təşkil edib. SOCAR-ın cəmi kapitalı əvvəlki illə müqayisədə 8,96% artaraq 23,944 mlrd. manata çatıb.
Qeyd edək ki, son 10 ildə SOCAR-ın ümumi gəlirləri 24, cəmi kapitalı isə 3 dəfədən çox artıb. SOCAR-ın 2018-ci ildə hazırlanmış maliyyə hesabatlarına əvvəlki illərdə olduğu kimi audit şirkətlərindən Ernst & Young Holdings (CIS) B.V. müsbət rəy verib. Bildirilib ki, ötən hesabat illəri ilə müqayisədə 2017-ci və 2018-ci illərdə davam etdirilən əlavə tədbirlər nəticəsində audit rəyinin 1 ay əvvəl alınmasına nail olunub.