SOCAR-ın "Eko park"ında QHT nümayəndələri ilə görüş keçirilib

SOCAR-ın "Eko park"ında QHT nümayəndələri ilə görüş keçirilib Dövlət Neft Şirkətinin (SOCAR) və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə SOCAR-ın "Eko park"ında bir sıra vətəndaş cəmiyyəti təmsilçiləri üçün SOCAR-ın yaşıl enerji gündəliyi barədə informasiya sessiyası və ekotu
Energetika
15 İyun , 2024 17:02
SOCAR-ın Eko parkında QHT nümayəndələri ilə görüş keçirilib

Dövlət Neft Şirkətinin (SOCAR) və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə SOCAR-ın "Eko park"ında bir sıra vətəndaş cəmiyyəti təmsilçiləri üçün SOCAR-ın yaşıl enerji gündəliyi barədə informasiya sessiyası və ekotur təşkil olunub.

"Report" bu barədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, tədbirdə vətəndaş cəmiyyətinin üzvləri üçün SOCAR-ın yaşıl gündəliyi üzrə təqdimatlar edilib.

Tədbir iştirakçılarını salamlayan SOCAR-ın mətbuat katibi Orxan Hüseynov şirkətin müxtəlif istiqamətlər üzrə fəaliyyətindən, neft şirkətindən enerji şirkətinə transformasiya prosesindən, bu günədək SOCAR-ın yaşıl gündəlik üzrə götürdüyü öhdəliklər, həyata keçirilən tədbirlər və layihələr haqqında məlumat verib. Mətbuat katibi “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində təşkil olunan və keçirilməsi planlaşdırılan tədbirlərdən danışıb. O.Hüseynov SOCAR-ın vətəndaş cəmiyyəti ilə sıx əlaqələr qurmasının vacibliyini vurğulayıb, bu kimi tədbirlərin əhəmiyyətindən bəhs edib və bu xüsusda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə tədbirin təşkilində göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Agentliyin icraçı direktoru Aygün Əliyeva isə qurumun və vətəndaş institutlarının fəaliyyətindən bəhs edərək bu kimi sahəvi tədbirlərin təşkilinin məlumatlandırma baxımından xüsusi əhəmiyyətini vurğulayıb. O, Prezident İlham Əliyevin elan etdiyi “Yaşıl dünyana naminə həmrəylik ili” çərçivəsində Agentliyin təşəbbüsü ilə həyata keçirilən tədbirlər haqqında məlumat verib.

İcraçı direktor ətraf mühitin qorunması üzrə məsələlərin vacibliyini qeyd edərək bu sahədə QHT-lərə Agentliyin daim dəstək göstərdiyini bildirib. A.Əliyeva ətraf mühitin mühafizəsi ilə bağlı məsələlərdə SOCAR-ın gördüyü işlər və həyata keçirəcəyi layihələrdə QHT-lər ilə əməkdaşlığın və mütəmadi olaraq müzakirələrin aparılmasının səmərəli olacağını diqqətə çatdırıb.

SOCAR-ın Ətraf mühit ilə bağlı məlumatların açıqlanması və əlaqələrin idarə edilməsi departamentinin rəisi Mustafa Qurbanlı isə “SOCAR-ın dekarbonizasiya strategiyası və gələcək perspektivlər” mövzusunda təqdimatla çıxış edərək COP28-də SOCAR-ın elan etdiyi orta və uzunmüddətli perspektivdə dekarbonizasiya hədəfləri haqqında ətraflı bəhs edib. SOCAR-ın dekarbonizasiya proqramının emissiya göstəricilərinin tədqiqi, qiymətləndirilməsi və emissiyaların azaldılması ilə hədəflərin ətraflı araşdırılmasına əsaslandığını bildirən M.Qurbanlı 2050-ci ildə bütün əməliyyatlarda “Xalis sıfır”a nail olmanın şirkətin əsas hədəflərindən biri olduğunu diqqətə çatdırıb.

M.Qurbanlı alternativ və bərpa olunan enerji mənbələrindən istifadə üzrə dövlət siyasətinə dəstək kimi bərpa olunan enerji mənbələrinin genişləndirilməsi strategiyasının icrası ilə əlaqədar SOCAR-ın həyata keçirdiyi layihələrdən bəhs edib.

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş direktoru Rəşad Mustafayev tullantıların idarə olunması, neftlə çirklənmiş ərazilərin, o cümlədən Bakı buxtasının təmizlənməsi və abadlaşdırılması istiqamətində SOCAR-ın gprdüyü işlər barədə ətraflı məlumat verib. Rekultivasiya işlərinin planlı şəkildə həyata keçirildiyini vurğulayan baş direktor təmizlənən ərazilərin ətraf mühitə təsirinə xüsusi diqqətlə yanaşıldığını bildirib. R.Mustafayev ətraf mühitinin mühafizəsi və ekoloji aksiyaların əhəmiyyətindən bəhs edərək şirkətin davamlı əsasda iməcilik, abadlaşdırma və ağacəkmə aksiyalarının keçirdiyini qeyd edib.

"Neftqaztikinti" trestinin müdiri Qağaməli Seyfullayev ətraf mühitin qorunması, çirklənmiş ərazilərin təmizlənməsi üzrə SOCAR-ın gördüyü işlər haqqında məlumat verib. Bakı buxtası və sahil zonasında xüsusi texnologiya və avadanlıqlar vasitəsilə batmış və yarımbatmış vəziyyətdə olan iri qabaritli tullantıların müəyyən edilməsi, çıxarılması, daşınması və utilizasiyası üzrə görülən işlərdən bəhs edib. Trestin müdiri həyata keçirilən layihənin ətraf mühitin qorunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb

Sual-cavab sessiyasında çıxışçılar tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Son xəbərlər

Orphus sistemi