​SOCAR-ın DESFA ilə bağlı müqaviləsinin imzalanma vaxtı ilin sonuna kimi uzadılıb

​SOCAR-ın DESFA ilə bağlı müqaviləsinin imzalanma vaxtı ilin sonuna kimi uzadılıb Rövnəq Abdullayev: "Nümayəndələrimiz Avropa Komissiyasının verdiyi sualları cavablandırır"
Energetika
28 Aprel , 2015 13:20
​SOCAR-ın DESFA ilə bağlı müqaviləsinin imzalanma vaxtı ilin sonuna kimi uzadılıb

Bakı. 28 aprel. REPORT.AZ/ Yunanıstaının qazpaylayıcı şəbəkəsinin operatoru olan DESFA şirkətinin özəlləşdirilməsi ilə bağlı müvafiq tenderin qalibi - Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə müqavilənin imzalanması vaxtı 2015-ci ilin sonuna kimi uzadılıb.

"Report"un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib: "DESFA-nın alınması məsələsi bizdən asılı deyil. Müqavilənin imzalanması vaxtı ilin sonuna kimi uzadılıb".

R. Abdullayevin sözlərinə görə, SOCAR Avropada qaz satışı həyata keçirmir və bu məsələlər isbat edilməlidir: "Hazırda araşdırma aparılır və 34 nəfərlik nümayəndəmiz Avropa Komissiyasının verdiyi sualları cavablandırırlar. Avropanın Komissiyasının enerji şirkətləri, logistika və boru kəmərləri ilə bağlı üçüncü enerji paketi var. Bizim Avropada qaz satışımız yoxdur və bunu onlara isbat etməliyik".

Xatırladaq ki, SOCAR Yunanıstanın DESFA qazpaylayıcı şəbəkəsinin 66%-lik hissəsini almaq üçün keçmiş yunan hökuməti ilə razılığa gəlib. Hazırda razılaşma Avropa Komissiyasında araşdırılır. Bəzi məlumatalara görə, Yunanıstanda hakimiyyətə gələn yeni hökumət SOCAR-a DESFA-nın yalnız 49%-lik hissəsini satmaq niyyətindədir.

Son xəbərlər

Orphus sistemi