SOCAR-ın Batumidəki yanacaqdoldurma stansiyası TOP-10-a düşüb

SOCAR-ın Batumidəki yanacaqdoldurma stansiyası TOP-10-a düşüb SOCAR-ın stansiyası üçüncü yerdə qərarlaşıb
Energetika
23 May , 2017 16:14
SOCAR-ın Batumidəki yanacaqdoldurma stansiyası TOP-10-a düşüb

Bakı. 23 may. REPORT.AZ/ Qeyri-adi memarlığına görə dünyanın ən yaxşı 10 yanacaqdoldurma stansiyasının siyahısı tərtib edilib.

“Report”un “Sputnik” agentliyinə istinadən verdiyi xəbərə görə, SOCAR-ın Batumidəki (Gürcüstan) “McDonalds” restoranının filialı yanında yerləşən yanacaqdoldurma məntəqəsi bu siyahıda üçüncü yerdə qərarlaşıb.

Bu bina 2013-cü ildə inşa olunub. Binanın memarı gürcü memar Georgi Xmaladzedir. Bu bina memarlığına görə bir neçə dəfə mükafat alıb.

Siyahıda Gürcüstanın Qori şəhəri yaxınlığında, magistral yolda yerləşən yanacaqdoldurma stansiyası də yer alıb. “Wissol” şirkətinə məxsus bu stansiya siyahıda 9-cu yerdədir. Bu bina qeyri-adi memarlığı ilə məşhurdur. Layihənin müəllifi alman memar Yurgen Mayerdir.

Dizaynına görə ən yaxşı yanacaqdoldurma stansiyaları siyahısında birinci yerdə Finlandiyadakı “Rest Area Niemenharju”, ikincidə isə ABŞ-dakı “POPS Arcadia Route” stansiyaları qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi