Yuxarı
    Bağlamaq

    SOCAR-ın 10 illik inkişaf proqramı hazırlanıb

    Bu proqram bir neçə istiqaməti əhatə edir

    Bakı. 11 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2025-ci ilədək dövr üçün inkişaf proqamı hazırlanıb. "Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov "Caspian European Club"un (Caspian Business Club) təşkil etdiyi biznes-forumda bildirib. 

    Onun sözlərinə görə, bu proqram bir neçə istiqaməti əhatə edir: "Bu proqramda əsas istiqamət qaz layihələridir, çünki hazırda böyük qaz layihələri icra olunmaqdadır. Digər istiqamətlərə neft, emal, xaricdə əlaqələrin genişləndirilməsi, ekologiya, kadr məsələri daxildir". 

    T.Qəhrəmanov deyib ki, bu proqram PWC şirkətinin əməkdaşlığı ilə hazırlanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi