SOCAR ikinci rübdə 2 milyard kubmetrə yaxın qaz hasil edib
- 13 avqust, 2024
- 07:26
Bu ilin ikinci rübündə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1 milyard 815 milyon 453 min kubmetr qaz hasil olunub.
“Report” xəbər verir ki, bu barədə SOCAR-ın 2024-cü ilin 2-ci rübünə dair açıqladığı qazma, hasilat, emal və ixrac göstəricilərində deyilir.
Məlumata görə, bu, ötən ilin ikinci rübünün göstəriciləri ilə müqayisədə 419 milyon 674 min 300 kubmetr və ya 18,8 % azdır.
Ölkə üzrə qaz hasilatı isə 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 616 milyon 588 min 500 kubmetr və ya 5,2 % artaraq 12 milyard 521 milyon 351 min kubmetr təşkil edib.
Xatırladaq ki, ötən ilin ikinci rübündə SOCAR-ın müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 2 milyard 235 milyon 127 min 300 kubmetr qaz hasil olunub. Ötən ilin ikinci rübündə ölkə üzrə 11 milyard 904 milyon 762 min 500 kubmetr qaz çıxarılıb.