SOCAR I rübdə Ceyhandan 3,9 mln. ton xam neft ixrac edib

SOCAR I rübdə Ceyhandan 3,9 mln. ton xam neft ixrac edib Martda isə 1,185 mln. ton neft ixrac olunub
Energetika
3 Aprel , 2017 16:43
SOCAR I rübdə Ceyhandan 3,9 mln. ton xam neft ixrac edib
Courtesy İmage

Bakı. 3 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 3 906 969 ton xam neft ixrac edib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, I rüb ərzində Ceyhan limanından şirkətin ixrac etdiyi xam neftin 1 185 458 tonu mart ayında ixrac olunub.

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neft göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünəməxsus xam neft həcmlərini əks etdirir. Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə bazarlara çıxarılır. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır, gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir.

Son xəbərlər

Orphus sistemi