SOCAR I rübdə 5,8 mln. ton neft ixrac edib

SOCAR I rübdə 5,8 mln. ton neft ixrac edib
Energetika
62
16 Aprel , 2019 15:07
SOCAR I rübdə 5,8 mln. ton neft ixrac edib

Cari ilin I rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 5,790 mln. ton xam neft ixrac olunub.

“Report” bu barədə SOCAR-ın yaydığı məlumata istinadən xəbər verir.

Hesabat dövründə ölkə üzrə qaz ixracı artaraq 3,161 mlrd kubmetr təşkil edib ki, bu da 2018-ci ilin analoji dövrünə nisbətən 27% çoxdur.

Bildirilib ki, ölkə və SOCAR-ın ixrac etdiyi qazın həcminin artmasının əsas səbəbi “Şahdəniz-2” qazının Türkiyəyə nəql edilməyə başlamasıdır. İndiyə qədər Cənubi Qafqaz boru kəməri vasitəsilə 1,4 mlrd. kubmetr kommersiya məqsədli qaz nəql edilib.

Neft və neft-kimya məhsullarının ixracı yanvar-mart aylarında 456 379 ton təşkil edib, bununla da əvvəlki ilin analoji dövrünə nisbətən 10,5% artım qeydə alınıb.