SOCAR I rübdə 206 min ton dizel yanacağı ixrac edib

SOCAR I rübdə 206 min ton dizel yanacağı ixrac edib Mart ayında 60,7 min ton dizel yanacağı ixrac edilib
Energetika
3 Aprel , 2017 17:18
SOCAR I rübdə 206 min ton dizel yanacağı ixrac edib
Courtesy İmage

Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2017-ci ilin mart ayında 60 674 ton dizel yanacağı ixrac edib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, ötən ay 3 960 ton təyyarə yanacağı, 7 912 ton yüksək təzyiqli polietilen, 2 355 ton mütləqləşdirilmiş izopropil spirti, 4 814 ton maye piroliz qətranı, 2 895 ton propilen və 3 895 ton butilen butadien fraksiyası ixrac edilib.

Ümumilikdə, 2017-ci ilin yanvar-mart ayları ərzində 205 827 ton dizel yanacağı, 14 896 ton təyyarə yanacağı, 24 279 ton yüksək təzyiqli polietilen, 3 989 ton mütləqləşdirilmiş izopropil spirti, 17 212 ton maye piroliz qətranı, 11 188 ton propilen və 8 677 ton butilen butadien fraksiyası ixrac edilib.

2017-ci ilin mart ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti 517,72 ABŞ dolları/ton, təyyarə yanacağı - 475,47 dollar/ton, dizel yanacağı - 448,48 dollar/ton, yüksək təzyiqli polietilen - 1 288 dollar/ton, butilen butadien fraksiyası - 752,08 dollar/ton, maye piroliz qətranı - 517,72 dollar/ton, propilen - 865 avro/ton, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti isə 1 330 avro/ton təşkil edib.

Mart ayında dünya bazarında "Brent" tipli xam neftin 1 bareli 51,57 dollara, "Urals" - 50,20 dollara, "BTC FOB Ceyhan" tipli xam neft isə 52,86 dollara satılıb.

Son xəbərlər

Orphus sistemi