SOCAR: Gürcüstanda qazın qiymətinə yenidən baxılması düşünülmür

SOCAR: Gürcüstanda qazın qiymətinə yenidən baxılması düşünülmür Mahir Məmmədov: "Burada qiymətlər kifayət qədər aşağıdır"
Energetika
28 Dekabr , 2015 14:10
SOCAR: Gürcüstanda qazın qiymətinə yenidən baxılması düşünülmür

Bakı. 28 dekabr. REPORT.AZ/ "SOCAR Energy Georgia" şirkəti Gürcüstanın kommersiya əsasları ilə təbii qazla təchizatı sahəsində Rusiyanın "Qazprom" ASC ilə rəqabət aparmağa hazırdır.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə müəssisəsi olan "SOCAR Energy Georgia" şirkətinin baş direktoru Mahir Məmmədov bildirib.

M.Məmmədov qeyd edib ki, Gürcüstan bazarı o qədər də böyük deyil ki, orada xüsusi rəqabətə ehtiyac olsun: "Bazar məhduddur. Biz bilirik ki, sosial qazın illik tədarükü maksimum 2,3-2,4 mlrd. kubmetr təşkil edir. Burada qiymətlər kifayət qədər aşağıdır və dəyişmir. Devalvasiyaya baxmayaraq, qiymətlər dəyişməyib və bizim şirkətdə heç kəs qiymətlərə yenidən baxmağı düşünmür".

Şirkət rəhbəri, həmçinin qeyd edib ki, kommersiya qazının həcmi isə 900-950 mln. kubmetr təşkil edir: "Bu, azad bazardır və biz hər zaman rəqabətə hazırıq".

Son xəbərlər

Orphus sistemi