​"SOCAR-Georgia" basqın xəbərini təkzib edib

​"SOCAR-Georgia" basqın xəbərini təkzib edib Şirkət: Basqın edilən mağaza "SOCAR-Georgia"ya məxsus deyil
Energetika
1 Avqust , 2015 10:10
​SOCAR-Georgia basqın xəbərini təkzib edib

Bakı. 1 avqust. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi şəhərində gecə saatlarında Moskva prospektində (Tbilisi ətrafı) fəaliyyət göstərən SOCAR yanacaqdoldurma stansiyasının mağazasına basqın olunmayıb. Bu barədə "Report"a "SOCAR-Georgia" şirkətinin mətbuat xidmətindən məlumat verilib: "Qarət olunan obyekt yanacaqdoldurma stansiyasının yaxınlığında yerləşən kiçik bir mağaza olub və onun bizim şirkətə heç bir aidiyyəti yoxdur".

Qeyd edək ki, bəzi kütləvi informasiya vasitələri Gürcüstanda SOCAR yanacaqdoldurma stansiyasının mağazasına naməlum şəxsin soyuq silahla daxil olaraq oradan 800-900 lari (350-400 dollar) nağd pul çıxardığını yazıb.

Son xəbərlər

Orphus sistemi