SOCAR əməkdaşları Yaponiyanın Vaseda Universitetinin treninq proqramında iştirak edəcəklər

SOCAR əməkdaşları Yaponiyanın Vaseda Universitetinin treninq proqramında iştirak edəcəklər Azərbaycanın Yaponiyadakı səfiri SOCAR-ın dörd əməkdaşı ilə görüşüb
Energetika
23 Avqust , 2017 12:09
SOCAR əməkdaşları Yaponiyanın Vaseda Universitetinin treninq proqramında iştirak edəcəklər

Bakı. 23 avqust. REPORT.AZ/ Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 4 əməkdaşı ilə görüş keçirib.

"Report" səfirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, SOCAR əməkdaşları Vaseda Universitetinin INPEX korporasiyası tərəfindən keçiriləcək xüsusi treninq proqramında iştirak edəcəklər.

Görüş zamanı G.İsmayılzadə səfirliyin fəaliyyəti barədə məlumat verib və proqram iştirakçılarına uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi