SOCAR dövlət müəssisələrinə satdığı qazın dəyərini açıqlayıb

Energetika
  • 04 dekabr, 2023
  • 09:13
SOCAR dövlət müəssisələrinə satdığı qazın dəyərini açıqlayıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dövlət və onun nəzarətində olan, həmçinin asılı və birgə müəssisələrə ümumi dəyəri 1 milyard 110 milyon manat dəyərində təbii qazın satışını həyata keçirib.

Bu barədə "Report" SOCAR-ın maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, bu, 2022-ci ilin ilk yarısı ilə müqayisədə 577 milyon manat və ya 34,2 % azdır.

Bu dövrdə SOCAR tərəfindən dövlət və onun nəzarətində olan müəssisələrə 205 milyon manat dəyərində təbii qaz satılıb. Bu, 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 30 milyon manat və ya 17,1 % çoxdur.

Bu ilin ilk 6 ayında SOCAR tərəfindən asılı və birgə müəssisələrə isə 905 milyon manat dəyərində təbii qazın satışı həyata keçirilib ki, bu da 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 607 milyon manat və ya 40,1 % azdır.

Son xəbərlər

Bütün Xəbər Lenti