SOCAR dövlət müəssisələrinə satdığı neft məhsullarının dəyərini açıqlayıb

Energetika
  • 04 dekabr, 2023
  • 09:24
SOCAR dövlət müəssisələrinə satdığı neft məhsullarının dəyərini açıqlayıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dövlət və onun nəzarətində olan, həmçinin asılı və birgə müəssisələrə ümumi dəyəri 289 milyon manat dəyərində neft məhsullarının satışını həyata keçirib.

Bu barədə "Report" SOCAR-ın maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, bu, 2022-ci ilin ilk yarısı ilə müqayisədə 41 milyon manat və ya 12,4 % azdır.

Bu dövrdə SOCAR tərəfindən dövlət və onun nəzarətində olan müəssisələrə 219 milyon manat dəyərində neft məhsulları satılıb. Bu, 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 85 milyon manat və ya 28 % azdır.

Bu ilin ilk 6 ayında SOCAR tərəfindən asılı və birgə müəssisələrə isə 70 milyon manat dəyərində neft məhsullarının satışı həyata keçirilib ki, bu da 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 44 milyon manat və ya 2,7 dəfə çoxdur.

Son xəbərlər

Bütün Xəbər Lenti