SOCAR: “Dəniz özüllərində vəziyyət sabitdir”

SOCAR: “Dəniz özüllərində vəziyyət sabitdir” Təxliyyə edilmiş neftçilər günün II yarısından özüllərə qayıtmağa başlayacaq
Energetika
18 Yanvar , 2019 10:53
SOCAR: “Dəniz özüllərində vəziyyət sabitdir”

Bakı. 18 yanvar. REPORT.AZ/ “Dəniz özüllərimizdə vəziyyət sabitdir”

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, hava şəraiti tədricən normallaşır: “Daha əvvəl təxliyyə edilmiş həmkarlar günün ikinci yarısından etibarən özüllərə qayıtmağa başlayacaq və fəaliyyətlərini adi qaydada davam etdirəcəklər”.

Qeyd edək ki, bu gecə dəniz özüllərində qasırğanın şiddəti 144 km/saat (40 m/saniyə) həddinə yüksəlib, bəzi yerlərdə dalğanın hündürlüyü 10 metrdən çox olub.

Son xəbərlər

Orphus sistemi