SOCAR: Daxili tələbat üçün "Azeri Light" istifadə edilə bilər

SOCAR: Daxili tələbat üçün "Azeri Light" istifadə edilə bilər Modernizasiya ediləcək Heydər Əliyev adına Neft Emalı Zavodunun tələbatını ödəmək problem olmayacaq
Energetika
12 Oktyabr , 2017 16:34
SOCAR: Daxili tələbat üçün Azeri Light istifadə edilə bilər

Bakı. 12 oktyabr. REPORT.AZ/ "Hazırda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) illik istehsal gücü 7 mln. tona bərabərdir. Amma 2030-cu ilə qədər bu rəqəm 6 mln. tona düşəcək". 

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Argus" beynəlxalq neft sammitində çıxış edən SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov deyib.

Onun sözlərinə görə, modernizasiya ediləcək Heydər Əliyev adına Neft Emalı Zavodunun tələbatını ödəmək üçün lazım gələrsə, Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin imkanlarından istifadə ediləcək: "Türkmənistandan idxal imkanları var, həmçinin BTC-dən istifadə imkanları var. SOCAR-ın BP ilə belə bir razılaşması var. Yəni Azərbaycan daxili tələbat üçün "Azeri Light" markalı neftdən istifadə edə bilər".

Son xəbərlər

Orphus sistemi