SOCAR-da peşə təhsili alan şagirdlər üçün təlimlər keçirilib

SOCAR-da peşə təhsili alan şagirdlər üçün təlimlər keçirilib Bu cür təlimlərin gələcəkdə də təşkil olunması nəzərdə tutulub
Energetika
21 Aprel , 2017 12:35
SOCAR-da peşə təhsili alan şagirdlər üçün təlimlər keçirilib
Socar

Bakı. 21 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr Hazırlığının Təşkili Mərkəzi, Qobustan Regional Təlim Mərkəzi və Sumqayıt Təlim Tədris Mərkəzində 2016-2017-ci tədris ili üzrə peşə təhsili alan şagirdlər üçün İnsan Resursları Departamentinin əməkdaşları tərəfindən “Karyera imkanlarından uğurla yararlanmaq”, “Şəxsi inkişaf” və “İşgüzar davranış keyfiyyətləri” mövzularında təlimlər keçirilib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, təlimlərdə əsas məqsəd şagirdləri peşəkar iş mühitinə hazırlamaq, əmək bazarının dəyişən tələbləri ilə bağlı məlumatlandırmaq və onların sonrakı karyera inkişafına dəstək olmaqdan ibarətdir. Təlim müddətində SOCAR-ın etik dəyərləri, iş yerində münasibətlər, davranış keyfiyyətləri, əmək bazarının dəyişmə dinamikası və mövcud vəziyyət, iş axtarışında sosial şəbəkələrin rolu, elektron işə düzəltmə şirkətləri barədə məlumatlar, işə müraciət formalarının (CV) hazırlanması, müsahibələrdə uğur qazanmağın yolları və s. mövzularında məlumat verilib, şagirdlərin sualları cavablandırılıb.

Bu cür təlimlərin gələcəkdə də təşkil olunması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi