Bakı. 5 mart. REPORT.AZ/ Bu gün “
Azərbaycan Dövlət neft Şirkətindən (SOCAR) “Report”a verilən məlumata görə, tədbirdə SOCAR rəhbərliyinin təmsilçiləri, tanınmış qazma mütəxəssisləri və Usta Pirinin qohumları iştirak ediblər.
Usta Piri haqqında hazırlanmış film nümayiş etdirilib, Prezidentin fərdi təqaüdçüsü Rafiq Abdullayev, 1885-ci ildən Bakı Neft Şirkətində çalışmış Usta Piri və onun əmək fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib.
Tədbirdə çıxış edən SOCAR-ın prezidenti
SOCAR-ın birinci vitse-prezidenti, akademik
AMEA-nın həqiqi üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru Pərviz Məmmədov Usta Pirinin əmək fəaliyyətindən bəhs edib, ondan sonra gələn neftçi nəsillərinin Usta Pirinin təcrübəsindən bəhrələndiyini bildirib.
Quliyevlər ailəsi adından Usta Pirinin nəvəsi Piri Quluzadə çıxış edərək belə bir tədbirin keçirilməsinə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
Xatırladaq ki, Usta Piri kimi məşhur olan Piri Quliyev 2 mart 1869-cu ildə Əmircan kəndində doğulub. O, 1887-1904-cü illərdə əsas işçi, köməkçi qazma ustası, Balaxanı və Suraxanı yataqlarında qazma ustası, 1904-cü ildən isə baş qazma ustası vəzifələrində çalışıb. 1920-ci illərdə neft sənayesində qazma işlərinin bərpası dövründə böyük işlər görüb, 1924-1926-cı illərdə ABŞ-da işgüzar səfərdə olub. Onun rəhbərliyi altında Kaliforniyada Signal Hill şirkətində bir quyu qazılıb istifadəyə verilib. Usta Piri həmçinin Torrens neft yataqlarında, St Paul, Midfest-Rifaineri və Oklahoma şəhərində işləyib. ABŞ-ın neftçilərindən öyrəndiyi fırlanan qazma texnikasını keçmiş SSRİ-yə gətirərək tətbiq edən Piri Quliyev 1926-cı ildən - "Azneft" MMC-də Yeni yataqların kəşfiyyatı şöbəsinin müdiri olub, Qala və Qaraçuxur yatağlarının kəşf edilməsi və istismarı proseslərində yaxından iştirak edib. Neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə Piri Quliyev 1938-ci ildə Əmək Qəhrəmanı fəxri adına layiq görülüb, Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif edilib. Usta Piri 1951-ci ildə dünyasını dəyişib.