SOCAR-da İran nümayəndə heyəti ilə görüş keçirilib

SOCAR-da İran nümayəndə heyəti ilə görüş keçirilib Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Energetika
28 Dekabr , 2016 14:29
SOCAR-da İran nümayəndə heyəti ilə görüş keçirilib

Bakı. 28 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan İranın rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası birgə komissiyanın həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, qonaqları salamlayan R.Abdullayev Azərbaycanla İran arasında iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən sıx əməkdaşlığın ildən-ilə genişləndiyini, xüsusilə neft-qaz sektoruna daxil olan qurumlar arasında əlaqələrin inkişafı üçün səylərin intensivləşdiyini və bu prosesdə qarşılıqlı səfərlərin mühüm rol oynadığını qeyd edib. SOCAR-ın İran şirkətləri ilə əlaqələrinə toxunan R.Abdullayev neft sənayesi mütəxəssislərinin işgüzar münasibətlərinin vacibliyini qeyd edib. 

Azərbaycan-İran əməkdaşlığının inkişaf tempini yüksək qiymətləndirən M.Vaezi iki ölkənin neft-qaz sektorunda səmərəli fəaliyyətini, bu sahədə zəngin təcrübəyə malik olduqlarını və həmin təcrübənin ölkələr arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensial yaratdığını bildirib. O,Azərbaycan-İran biznes-forumunun iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. 

SOCAR prezidenti Azərbaycanın sosial-iqtisadi yüksəliş mərhələsini yaşadığını nəzərə çatdırıb, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycann Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən enerji strategiyası çərçivəsində qazanılan nailiyyətlər haqqında iranlı qonaqlara ətraflı məlumat verib. O, iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən, enerji sektorunda əlaqələrin dərinləşdirilməsi üçün böyük potensialın olduğunu söyləyib, neft-qaz sənayesində əməkdaşlığın iki ölkənin iqtisadi inkişafına daha böyük töhfələr verəcəyinə əminliyini bildirib. 

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb 

Son xəbərlər

Orphus sistemi