Bakı.19 oktyabr. REPORT.AZ/ Bu gün Dünya Bankının təşəbbüsü ilə Norveçin “Carbon Limits” şirkətinin nümayəndələri ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə arasında görüş keçirilib.
“Report” SOCAR-a istinadən xəbər verir ki, görüşün məqsədi Dünya Bankı ilə SOCAR arasında birgə əməkdaşlığı genişləndirərək “Carbon Limits” şirkətinin təcrübəsindən yararlanmaqla Azərbaycanda atmosferə atılmaların azaldılması istiqamətində tədbirlərin həyata keçirilməsidir.
Görüşdə SOCAR və “Carbon Limits” şirkəti arasında bu sahədə görüləcək işlər müzakirə edilib. “Carbon Limits” şirkətinin nümayəndəsi Torleif Haugland görüşün təşkilinə görə SOCAR rəhbərliyinə təşəkkür edib və gələcəkdə birgə əməkdaşlığın verə biləcəyi töhfələrdən danışıb.