Yuxarı

SOCAR Çilov adasında neft hasilatını artıracaq - YENİLƏNİB

Rövnəq Abdullayev: Çilov adası 10 ildən sonra Azərbaycanın yaşıl bir güşəsinə çevriləcək

İlk xəbər saat 14:21-də verilib

Bakı. 19 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Çilov adasında böyük qazma qurğuları yerləşdirmək niyyətindədir.

"Report" xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib: "Çilov adasında ildə 200 ton neft hasil olunur və artıq neft hasilatının artırılması üçün imkanlar tapılıb".

R.Abdullayev qeyd edib ki, gələcəkdə bu adanı inkişaf etdirmək üçün böyük qurğuların burada yerləşdirilməsi məsələsinə də baxılır. Onun sözlərinə görə, həm də "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənmə proqramı çərçivəsində burada qurğular yerləşdiriləcək: "Bu adada müəyyən iş yerlərinin açılması ilə bağlı planlarımız var".

SOCAR başçısı həmçinin bildirib ki, 28 May adına NQÇİ qarşısında qoyulan Çilov adasında 100 min ağac əkmək tapşığının böyük hissəsini yerinə yetirib və artıq adada 60 min ağac əkilib: "İnanıram ki, Çilov adası 10 ildən sonra Azərbaycanın yaşıl bir güşəsinə çevriləcək və gözəl bir ada olacaq".

Qeyd edək ki, Çilov adasında "28 May" yatağının istismarı ilə məşğul olan 28 May adına Neft və Qazçıxarma İdarəsi (NQÇİ) yerləşir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi