SOCAR bu il qazma işlərini 20% artırıb
Energetika
- 03 oktyabr, 2017
- 12:25
Bakı. 3 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 103 625 metr qazma işi görülüb.
“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, bunun da 96 250 metri istismara, 7 375 metri isə kəşfiyyata aid olub.
Bu ilin 9 ayında SOCAR-ın həyata keçirdiyi qazma işlərinin həcmi ötən ilin müvafiq dövründən 19,7% çox olub.
Hesabat dövründə SOCAR tərəfindən görülən qazma işlərinin 9 979 metri sentyabrda həyata keçirilib.Bu sahədə görülmüş işlərin 9 042 metri istismara, 937 metri isə kəşfiyyata aid olub.
Ötən ay qazmadan alınmış 4, il ərzində isə 56 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.
Son xəbərlər
15:53
General-mayor İsgəndər Allahverdiyev dəfn olunub
Hərbi15:52
Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb
Hadisə15:47
Bakıda Ziya Bünyadov prospektində avtobus zolağının müddəti 1 saat uzadılıb
İnfrastruktur15:46
Gəncədə UEFA C kateqoriyalı məşqçilik kursu təşkil olunacaq
Futbol15:44
Foto
Batumidə mərkəzi bank rəhbərlərinin iştirakı ilə beynəlxalq konfrans keçirilib
Region15:42
Azərbaycan QHT-ləri Ermənistanda diplomatların Qarabağa səfəri ilə bağlı başlanılmış kampaniyanı pisləyib
Xarici siyasət15:42
Azərbaycan bankı Naxçıvanda GES tikintisinə 8 milyon manata yaxın kredit ayırıb
Maliyyə15:33
Azərbaycanın kollektor agentliyinin istiqrazlarına 53 investor maraq göstərib
Maliyyə15:33