SOCAR: Hazırda qaz anbarlarında 2,9 mlrd. kubmetr qaz var

SOCAR: Hazırda qaz anbarlarında 2,9 mlrd. kubmetr qaz var Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən III rüb də daxil olmaqla bu il yeraltı anbarlara 2,110 mlrd. kubmetr təbii qaz vurulub.
Energetika
18 Oktyabr , 2019 12:23
SOCAR: Hazırda qaz anbarlarında 2,9 mlrd. kubmetr qaz var

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən III rüb də daxil olmaqla bu il yeraltı anbarlara 2,110 mlrd. kubmetr təbii qaz vurulub.

“Report” xəbər verir ki, bu barədə SOCAR-ın məlumatında qeyd edilib.

Bildirilib ki, hazırda qaz anbarlarında 2,880 mlrd. kubmetr qaz var və anbarlara qazın vurulması prosesi davam etdirilir.

Qeyd edək ki, Azərbaycanda iki - “Qalmaz” və “Qaradağ” yeraltı qaz anbarları mövcuddur. Qaz anbarlarına qazvurma mövsümü aprel-noyabr aylarını əhatə edir.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov  “Report”a bildirib ki, Azərbaycan ötən ildən etibarən təbii qazın idxalından imtina edib. Onun sözlərinə görə, hətta əvvəlki dövrdə qazınidxalı təkrar ixrac üçün istifadə olunurdusa, hazırda ölkədə qaz hasilatının artımı səbəbindən buna da artıq ehtiyac qalmayıb: “Bu il də qazanbarlarına vurulan qazın bütün həcmləri məhz Azərbaycanda hasil edilən qaz olub. Yeraltı qaz anbarlarının tam doldurulması sayəsində qış aylarında ölkənin qaz təchizatı tam təmin edilməsi üçün şərait yaradılıb”.

Son xəbərlər

Orphus sistemi