Yuxarı
    Bağlamaq

    ​SOCAR bu il 4,4 mln. ton neft hasil edib

    Bu həcmin 639 min tonu iyul ayının payına düşüb

    Bakı. 10 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 4 420,7 min ton neft hasil edib.

    "Report" un SOCAR-a istinadən verdiyi xəbərə görə, bu göstərici ötən ilin müvafiq dövründən 8,7% azdır.

    Cari ilin yanvar-iyul aylarında şirkətin hasil etdiyi neftin 639 min tonu iyulun payına düşüb. Bu isə ötən ilin iyul ayından 9% azdır.

    Qeyd edək ki, 2016-cı ilin yanvar-iyul ayları ərzində Azərbaycan üzrə ümumilikdə 24 699,8 min ton neft hasil edilib və bunun da 3 635,9 min tonu iyul ayının payına düşüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi