SOCAR bu il 2 mlrd. kubmetr qaz hasil edib

SOCAR bu il 2 mlrd. kubmetr qaz hasil edib Bu həcmin 495 mln. kubmetri aprel ayında hasil olunub
Energetika
19 May , 2017 17:26
SOCAR bu il 2 mlrd. kubmetr qaz hasil edib

Bakı. 19 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR ) üzrə 1 957,5 mln. kubmetr qaz hasil edilib.

“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, bu həcmin 494,8 mln. kubmetri aprel ayında hasil olunub.

Qeyd edək ki, bu ilin yanvar ayında şirkət üzrə qaz hasilatı 508,3 mln. kubmetr, fevral ayında 450 mln. kubmetr, mart ayında isə 504,4 mln. kubmetr təşkil edib.

Azərbaycan üzrə isə yanvarda 2 472,4 mln. kubmetr, fevralda 2 222,3 mln. kubmetr, martda 2 201,3 mln. kubmetr, apreldə isə 2 366, 2 mln. kubmetr qaz hasil olunub.

Son xəbərlər

Orphus sistemi