SOCAR bu il 145 min ton dizel yanacağı ixrac edib

SOCAR bu il 145 min ton dizel yanacağı ixrac edib İlin iki ayında 10,9 min ton təyyarə yanacağı ixrac edilib
Energetika
1 Mart , 2017 17:52
SOCAR bu il 145 min ton dizel yanacağı ixrac edib

Bakı.1 mart.REPORT.AZ/ SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin fevral ayında 73 693 ton dizel yanacağı, 3 983 ton təyyarə yanacağı ixrac edib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, İdarə eyni zamanda 8 451 ton yüksək təzyiqli polietilen, 937 ton mütləqləşdirilmiş izopropil spirti, 6 232 ton maye piroliz qətranı, 5 184 ton propilen və 2 041 ton butilen butadien fraksiyası ixrac edib.

Ümumilikdə, 2017-ci ilin yanvar-fevral ayları ərzində 145 152 ton dizel yanacağı, 10 936 ton təyyarə yanacağı, 16 366 ton yüksək təzyiqli polietilen, 1 634 ton mütləqləşdirilmiş izopropil spirti, 12 397 ton maye piroliz qətranı, 8 292 ton propilen və 4 782 ton butilen butadien fraksiyası ixrac edilib.

2017-ci ilin fevral ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 561,35 ABŞ dolları, təyyarə yanacağının - 512,71 dollar, dizel yanacağının - 485,98 dollar, 1% kükürdlü mazutun qiyməti - 319,1 dollar, yüksək təzyiqli polietilenin - 1280 dollar, butilen butadien fraksiyasının - 753,775 dollar, maye piroliz qətranının - 561,35 dollar, propilenin qiyməti - 815 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti - 1045 avro təşkil edib.

Fevral ayında dünya bazarında “Brent” tipli xam neftin 1 bareli 55,11 dollara,”Urals” nefti 54,01 dollara, “BTC FOB Ceyhan” tipli xam neft isə 56,63 dollara satılıb.

Son xəbərlər

Orphus sistemi