Yuxarı

Bu gündən etibarən Bakı-Novorossiysk kəmərinin fəaliyyəti bərpa edilir

Bakı-Novorossiysk kəməri ilə təxminən 1,5 mln. barel neft ixrac etməyi düşünürük

Bakı. 22 iyul. REPORT.AZ/ İyun ayında Bakı-Novorossiysk kəməri ilə neftin ötürülməməsi emal zavodlarının təmirə dayandırılması ilə əlaqədar olub. "Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev jurnalistlərin suallarını cavablandırarkən deyib.

SOCAR prezidenti Azərbaycanın boru kəmərləri ilə ixrac etməyə istənilən həcmdə neftin olmasını da açıqlayıb: "İyunda emal zavodlarını təmirə dayandırdıq və bu zaman yığılıb qalan nefti Bakı-Tbilisi-Ceyhan xəttinə yönəltdik. Hazırda bütün kəmərlərimiz işlək vəziyyətdədir. Bizim istənilən kəmər vasitəsi ilə neft ixrac etmək imkanımız var".

R. Abdullayev bu gündən etibarən Bakı-Novorossiysk kəmərinə neftin vurulmasına başlayacaqlarını açıqlayıb: "Bakı-Novorossiysk kəməri bizim üçün lazımdır. Bu gündən etibarən bu boru xəttinə neftin vurulmasına başlayacağıq. Bakı-Novorossiysk kəməri ilə təxminən 1,5 mln. barel neft ixrac etməyi düşünürük".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi