SOCAR: Azərbaycan Cənub Qaz Dəhlizinin başqa qaz mənbələri ilə birləşdirilməsi üçün infrastrukturun qurulmasına çalışır

SOCAR: Azərbaycan Cənub Qaz Dəhlizinin başqa qaz mənbələri ilə birləşdirilməsi üçün infrastrukturun qurulmasına çalışır Azərbaycan Cənub Qaz Dəhlizinin başqa qaz mənbələri ilə birləşdirilməsi üçün infrastrukturun qurulmasına çalışır.
Energetika
30 May , 2019 16:28
SOCAR: Azərbaycan Cənub Qaz Dəhlizinin başqa qaz mənbələri ilə birləşdirilməsi üçün infrastrukturun qurulmasına çalışır

"Azərbaycan Cənub Qaz Dəhlizinin başqa qaz mənbələri ilə birləşdirilməsi üçün infrastrukturun qurulmasına çalışır".

“Report”un məlumatına görə, bunu Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Konfransında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyov bildirib.

"Cənub Qaz Dəhlizi artıq tikilib və əməliyyatlara başlayıb. Həqiqətən, bu, uğurlu təşəbbüsdür və heç də asan başa gəlməyib. Əlbəttə, bizim üçün imkan olarsa, başqa kəmərlər və yaxud beynəlxalq cəlbedici təkliflər olarsa, biz bu imkanlardan yararlanacağıq”, - o qeyd edib. 

V.Bəylərbəyovun sözlərinə görə, Azərbaycan Cənub Qaz Dəhlizini yalnız “Şahdəniz” layihəsi üçün qurmayib: "Burada həm Azərbaycanda, həm də ölkədən kənarda olan yataqlar nəzərə alınıb. Yəni fərq etməz, bu transxəzər xətti olsun, yaxud cənub qaz dəhlizi boyunca uzanan kəmərlər olsun, bu dəhlizə bütün başqa hasilatçilar qoşula bilər".

Son xəbərlər

Orphus sistemi