Yuxarı

SOCAR: "ASAN Xidmət" mərkəzlərində yanvarda 18 346 müraciət həllini tapıb

Müraciətlər əsasən “smart” tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara xidmətlərin göstərilməsi ilə bağlı olub

Bakı. 10 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Bakı şəhərindəki 1, 2, 3, 4 və 5 saylı "ASAN Xidmət" mərkəzlərinə, eləcə də Gəncə şəhərindəki "ASAN Xidmət" mərkəzinə “Azəriqaz” İB-nə aid 18 346 müraciət daxil olub.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, əsasən, “smart” tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara xidmətlərin göstərilməsi, “Azəriqaz” İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların alınması, həmçinin qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsi barədə edilmiş müraciətlərin hamısı həllini tapıb.

"İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək", - deyə şirkətdən bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi