SOCAR Aralıq dənizi hövzəsindəki neftayırma zavodlarına maraq göstərir

SOCAR Aralıq dənizi hövzəsindəki neftayırma zavodlarına maraq göstərir Şirkətin bir sıra Avropa, Asiya, Afrika ölkələrinə və Türkiyəyə investisiya yatırmaqla bağlı planları var
Energetika
11 Aprel , 2018 12:18
SOCAR Aralıq dənizi hövzəsindəki neftayırma zavodlarına maraq göstərir

Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Aralıq dənizi hövzəsindəki neftayırma zavodlarına maraq göstərir.

“Report” xəbər verir ki, bunu şirkətin sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyib.

“Mətbuatda İtaliyanın Siciliya adasında yerləşən Rusiyanın “LUKoil” neft şirkətinə məxsus neftayırma zavoduna xüsusi marağımızın olması barədə yazılmışdı. Bu, düzgün deyil. Ümumilikdə Aralıq dəniz hövsəzindəki zavodlara maraq göstəririk”, - o qeyd edib.

E.Nəsirov onu da deyib ki, SOCAR-ın bir sıra Avropa, Asiya, Afrika ölkələrinə və Türkiyəyə investisiya yatırmaqla bağlı planları var: “Konkret olaraq Burkina-Faso, Kot-d’İvuar, Benin və s. ölkələrdə qaz boru xətlərinin çəkilişinə maraq göstəririk”.

Son xəbərlər

Orphus sistemi