SOCAR Aİ ilə TANAP və TAP-ın genişləndirilmə perspektivlərini müzakirə edib

SOCAR Aİ ilə TANAP və TAP-ın genişləndirilmə perspektivlərini müzakirə edib Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson ilə görüşüb.
Energetika
19 İyul , 2022 15:46
SOCAR Aİ ilə TANAP və TAP-ın genişləndirilmə perspektivlərini müzakirə edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Rövşən Nəcəf özünün ”Twitter” hesabında yazıb.

“Azərbaycanın artan qaz hasilatı, TANAP və TAP boru kəmərlərinin genişləndirilmə perspektivləri və bu istiqamətdə Avropa İttifaqının dəstəyinin əhəmiyyəti müzakirə edilib”, - o qeyd edib.

Xatırladaq ki, dünən Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədlə gələn il qaz nəqlinin həcmini Azərbaycan 12 milyard kubmetrə, növbəti illərdə isə 20 milyard kubmetrə çatdırmağı hədəfləyir.

Hazırda Avropaya nəql olunan qazın həcmi 8 milyard kubmetrdir.

Memorandumu Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen imzalayıb.

Son xəbərlər

Orphus sistemi