Yuxarı

SOCAR Acarıstana qaz tədarükünü müvəqqəti dayandıracaq

Yerdəyişmə işləri eyni vaxtda tikilməkdə olan avtomagistralın və magistral qaz boru kəmərinin 6 məntəqəsində həyata keçiriləcək

Bakı. 29 mart. REPORT.AZ/ Kobuleti-Batumi yeni avtomagistralının tikintisi prosesində mərkəzi magistral qaz boru kəmərinin yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq martın 29-dan aprelin 3-dək Acarıstanın (Gürcüstanın Muxtar Respublikası) bütün istehlakçıları üçün qaz tədarükü dayandırılacaq. "Report" xəbər verir ki, bu barədə "SOCAR Georgia Gas" məlumat verib.

Məlumata görə, yerdəyişmə işləri eyni vaxtda tikilməkdə olan avtomagistralın və magistral qaz boru kəmərinin 6 məntəqəsində həyata keçiriləcək.

Şirkət narahatlığa görə üzr istəyərək abunəçilərə qaz qurğularını diqqətdə saxlamağı və qazın verilməsi anında təhlükəsizlik normalarına riayət etmək üçün evlərdəki qaz kranlarını yerdəyişmə zamanı bağlı saxlamağı tövsiyə edib.

Qeyd olunub ki, "SOCAR Georgia Gas"ın Acarıstan regional ofisi bu dövrdə 24 saatlıq rejimdə tam gücü ilə işləyəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi