Yuxarı

SOCAR-a verilən səmt qazı 35% artıb

ABƏŞ bu il SOCAR-a 2,7 mlrd. kubmetr səmt qazı verib

Bakı. 30 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən (ABƏŞ) "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarından Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları” vasitəsilə gündə orta hesabla 9,8 mln. kubmetr, ümumilikdə isə 2,7 mlrd. kubmetr səmt qazı verilib.

"Report" xəbər verir ki, bu barədə yatağın operatoru olan "BP-Azerbaijan" şirkətinin biznes əməliyyatları haqqında hesabatında qeyd olunub.

Bu ilin 9 ayında ABƏŞ tərəfindən SOCAR-a verilən səmt qazının həcmi ötən ilin müvafiq dövründən 35% artıqdır.

Bildirilib ki, hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

Qeyd edək ki, 1994-cü il sentyabrın 20-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında saziş imzalanıb.

"Əsrin müqaviləsi" Milli Məclis tərəfindən təsdiq edilib və 12 dekabr 1994-cü ildə qüvvəyə minib. "Əsrin müqaviləsi" ratifikasiya olunduqdan sonra 1995-ci ilin fevralında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yaradılıb və təsdiq olunmuş vahid proqram üzrə SOCAR ilə birgə işlərə başlanılıb. Bu yataqlar blokunun əməliyyatçısı isə ABƏŞ adından çıxış edən BP şirkətidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi