Yuxarı

Karlo Malakarne: ​"Snam"ın TAP-a marağı azalmayıb"

Snam şirkətinin prezidenti: Lakin hansısa səhmdar öz payını satmaq fikrində deyil

Bakı. 29 oktyabr. REPORT.AZ/ Trans-Adriatik Boru Kəməri (TAP) layihəsində iştirak edən səhmdarların heç biri hələ öz payını satmaq fikrində deyil. "Report" xəbər verir ki, bu barədə layihəyə maraq göstərən İtaliyanın "Snam" şirkətinin prezidenti Karlo Malakarne (Carlo Malacarne) deyib.

K.Malakarnenin sözlərinə görə, rəhbərlik etdiyi şirkət TAP-da pay almaqda maraqlıdır: "Baxmayaraq ki, "Snam"ın Trans-Adriatik Boru Kəməri layihəsinə olan marağı azalmayıb, amma hansısa səhmdar öz payını satmaq fikrində deyil".

Qeyd edək ki, "Snam" rəhbəri "Reuters"ə müsahibəsində TAP-da 20% pay almaq istədiklərini və bunun üçün təxminən 400 mln. avro ödəməyə hazır olduqlarını deyib.

Əlavə edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev müsahibələrinin birində Norveçin "Statoil" şirkətinin öz payını satmaq istədiyini deyib. Bəzi məlumatlarda BP-nin də TAP-dan çıxmaq istədiyi, Malayziyanın "Petronas" şirkətinin isə bu layihənin payçılarından olmaq istədiyi qeyd edilir.

Xatırladaq ki, TAP layihəsində BP (20%), SOCAR (20%), "Statoil" (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri iştirak edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi