​Siyəzən magistral qaz kəmərləri sahəsində mülki müdafiə qüvvələrinin xəbərdarlıq-toplanış məşqi keçirilib

​Siyəzən magistral qaz kəmərləri sahəsində mülki müdafiə qüvvələrinin xəbərdarlıq-toplanış məşqi keçirilib Fövqəladə hal zamanı ilkin görülməli olan tədbirlər praktik nümayiş etdirilib
Energetika
26 Fevral , 2015 14:29
​Siyəzən magistral qaz kəmərləri sahəsində mülki müdafiə qüvvələrinin xəbərdarlıq-toplanış məşqi keçirilib

Bakı. 26 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsində mülki müdafiə qüvvələrinin mövcud planına uyğun olaraq xəbərdarlıq-toplanış məşqi keçirilib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, məşq “həyəcan siqnalı”nın verilməsi ilə başlayıb, mülki müdafiə qüvvələrinin şəxsi heyətinə və onların tabel əmlakına baxış keçirilib, funksional vəzifələri ilə əlaqədar sorğu aparılıb. Mülki müdafiə qüvvələrinin şəxsi heyəti ilkin tibbi yardımın göstərilməsi, yanğının söndürülməsi, qəza xilasetmə və qəza bərpa işlərinin həyata keçirilməsini praktik nümayiş etdiriblər. Məşqin gedişində FHN-in Xaçmaz regional fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəhbər heyəti iştirak edib. Mülki müdafiə qüvvələrinin hazırlığı müsbət qiymətləndirilib, müvafiq tövsiyələr verilib.

Son xəbərlər

Orphus sistemi