Siyarto: "Məqsədimiz Azərbaycan təbii qazının Macarıstan bazarına çatdırılmasını təmin etməkdir”

Siyarto: "Məqsədimiz Azərbaycan təbii qazının Macarıstan bazarına çatdırılmasını təmin etməkdir” “Hazırda Macarıstanın əsas məqsədlərindən biri Azərbaycan təbii qazının öz bazarına çatdırılmasını təmin etməkdir”.
Energetika
3 Fevral , 2023 14:42
Siyarto: Məqsədimiz Azərbaycan təbii qazının Macarıstan bazarına çatdırılmasını təmin etməkdir”

“Hazırda Macarıstanın əsas məqsədlərindən biri Azərbaycan təbii qazının öz bazarına çatdırılmasını təmin etməkdir”.

"Report" xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto özünün feysbuk səhifəsində yazıb.

Nazir qeyd edib ki, bir həftə əvvəl o, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə əməkdaşlığın genişləndirilməsini artıq müzakirə edib: “Ötən həftə Budapeştdə xarici işlər naziri Ceyhun Bayramov ilə görüşdük. Görüş zamanı ölkələrimiz arasında əməkdaşlığın təkmilləşdirilməsi və tərəfdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı razılığa gəldik. Bu baxımdan, biz Bakıda birgə işimizi davam etdiririk”.

Onun sözlərinə görə, Macarıstan Azərbaycanın köhnə dostudur.

“Məqsədimiz Azərbaycan təbii qazının Macarıstan bazarına mümkün qədər tez çatdırılmasını təmin etməkdir”, - Siyartonun paylaşımda deyilir.

Son xəbərlər

Orphus sistemi