Sabah Masallının 4 kəndində qazın verilişi dayandırılacaq

Sabah Masallının 4 kəndində qazın verilişi dayandırılacaq Sabah Masallı rayonunun 4 kəndində qazın verilişi dayandırılacaq.
Energetika
28 May , 2024 18:36
Sabah Masallının 4 kəndində qazın verilişi dayandırılacaq

Sabah Masallı rayonunun 4 kəndində qazın verilişi dayandırılacaq.

"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Türkoba kəndində daşıyıcı qaz xəttində aşkar olunan yeraltı qaz sızmasını aradan qaldırmaq üçün Mahmudavar, Mololon, Şatıroba kəndlərinin və Türkoba kəndinin bir hissəi olmaqla ümumilikdə 2 000-ə yaxın abonentin qaz təchizatının sabah saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

Son xəbərlər

Orphus sistemi