Sinqapurda neft məhsulları oğurluğuna görə 17 nəfər tutulub

Sinqapurda neft məhsulları oğurluğuna görə 17 nəfər tutulub Bakı. 9 yanvar. REPORT.AZ/ Sinqapur polisi Pulau Bukom adasında yerləşən “Shell” şirkətinə məxsus neft-kimya müəssisəsindən böyük həcmdə yanacaq oğurluğunda şübhəli bilinən 17 nəfəri saxlayıb.
Energetika
9 Yanvar , 2018 13:04
Sinqapurda neft məhsulları oğurluğuna görə 17 nəfər tutulub

Bakı. 9 yanvar. REPORT.AZ/ Sinqapur polisi Pulau Bukom adasında yerləşən “Shell” şirkətinə məxsus neft-kimya müəssisəsindən böyük həcmdə yanacaq oğurluğunda şübhəli bilinən 17 nəfəri saxlayıb.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə “The Straits Times” nəşri məlumat yayıb.

Ölkənin hüquq-mühafizə orqanlarından bildirilib ki, “Shell” 2016-cı ilin avqust ayında çatışmazlıq barədə məlumat verib: “Araşdırmalar nəticəsində müəssisə işçiləri də daxil olmaqla 17 nəfər şübhəli şəxs saxlanılıb”.

Axtarışlar zamanı 3 mln. Sinqapur dollarına qədər nağd pul aşkarlanıb, eyni zamanda 12 min tonluq tankerə və saxlanılan şəxslərin bank hesablarına həbs qoyulub.

Son xəbərlər

Orphus sistemi