“Shell” Nigeriya iddiaları ilə bağlı Ali Məhkəmə qarşısına çıxır

“Shell” Nigeriya iddiaları ilə bağlı Ali Məhkəmə qarşısına çıxır Nigeriyadan olan 40 mindən çox iddiaçı tərəfindən iki məhkəmə idiası qaldırılıb
Energetika
22 Noyabr , 2016 16:05
“Shell” Nigeriya iddiaları ilə bağlı Ali Məhkəmə qarşısına çıxır

Bakı. 22 noyabr. REPORT.AZ/ London Ali Məhkəməsi dünəndən başalayaraq 4 gün ərzində “Royal Dutch Shell” şirkətinə və onun Nigeraiyadakı törəməsi olan SPDC şirkətinə qarşı iddiaları dinləyir.

“Report” xəbər verir ki, Nigeriyadan olan 40 mindən çox iddiaçı tərəfindən iki məhkəmə iddiası qaldırılıb.

İlk iddia Nigeriyanın Bille icmasından olan 2 335 nəfər, xüsusilə balıqçılar tərəfindən ötən beş ildə neftin dağılmasından ərazinin çirkləndirildiyi ilə bağlı qaldırılıb.

Oqal icmasından olan 40 min nəfər tərəfindən qaldırılan iddiada isə “Shell”in boru kəmərlərindən axan neftin təmizlənmədiyi qeyd olunub.

Xatırladaq ki, bu ərazidə neftin dağılması BMT-nin 2011-ci il üzrə Ətraf Mühit Proqramında da qeyd edilib.

Son xəbərlər

Orphus sistemi