“Shell” Şimal dənizindəki platformasında hasilatı dayandırır

“Shell” Şimal dənizindəki platformasında hasilatı dayandırır Platformada yalnız əsas işçi heyət fəaliyyət göstərir
Energetika
14 Dekabr , 2016 19:20
“Shell” Şimal dənizindəki platformasında hasilatı dayandırır

Bakı. 14 dekabr. REPORT.AZ/ “Shell” şirkəti Şimal dənizindəki “Shearwater” platformasında əməliyyatları bir neçə həftəlik dayandırır.

“Report”un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bunu şirkətin sözçüsü təsdiqləyib və bildirib ki, bu, yüksək təzyiqli, yüksək temperaturlu quyu ilə bağlı məsələnin həll edilməsi ilə əlaqədardır.

Qazma işləri zamanı verilən həyəcan siqnalından sonra şirkət ayın əvvəlində hasilatı dayandırmalı olub. Hadisədən sonra ikinci dərəcəli heyət təxliyə edilib.

Siqnal zamanı şirkətin kəşfiyyat quyusu qazdığı ehtimal olunurdu. Problemin aradan qaldırılması ilə əlaqədar platforma bir neçə həftə bağlı qala bilər. Yaxın günlərdə təmir-bərpa işlərinin başlanması gözlənilir.

"Platformada yalnız əsas işçi heyət fəaliyyət göstərir",- sözçü əlavə edib.

Qeyd edək ki, “Shearwater” Aberdindən təqribən 140 mil şərqdə, Şimal dənizində yerləşir.

Son xəbərlər

Orphus sistemi