​Səudiyyə Ərəbistanı neftin qiymətini endirib

​Səudiyyə Ərəbistanı neftin qiymətini endirib Asiyaya tədarük qiyməti hər barelə 1,7 dollar azalıb
Energetika
5 Oktyabr , 2015 13:39
​Səudiyyə Ərəbistanı neftin qiymətini endirib

Bakı. 5 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı bazar günü alıcıları üçün neftin qiymətini bir qədər də endirib.

"Report" İnterfax Agentliyinə istinadən xəbər verir ki, bu ölkənin dövlət şirkəti "Saudi Aramco"nun bazar günü alıcılara göndərdiyi qiymət cədvəlində qeyd olunub ki, Asiyaya tədarük qiyməti hər barelə 1,7 dollar azalıb.

Səudiyyə Ərəbistanı şirkəti, həmçinin Uzaq Şərq üçün qiyməti 2 dollar, ABŞ üçün 30 sent ucuzlaşdırıb.

Bundan başqa, "The Wall Street Journal" yazıb ki, sentyabr ayında Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatını artırıb. Rusiya neft hasilatını rekord həddə - gündəlik 10,74 mln. barelə çatdırıb.

Səudiyyə Ərəbistanı da son aylarda gündəlik 10 mln. barel neft hasil edir və hasilata investisiyasını artırmaq niyyətindədir.

Son xəbərlər

Orphus sistemi