Yuxarı

​Səudiyyə Ərəbistanı neftin qiymətini aşağı salıb

​Səudiyyə Ərəbistanı neftin qiymətini aşağı salıb
Krallıq qara qızılın bir barelini OPEC-dən 2,30 dollar ucuz satacaq

Bakı. 6 fevral. REPORT.AZ/ Səudiyyə Ərəbistanı Asiya bölgəsi ölkələri üçün mart fyuçersləri üzrə neftin qiymətini aşağı salıb.

"Report"un "Bloomberg"ə istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının Dövlət Neft Hasilatı Şirkəti "Arab Light" markalı neftin satış qiymətini 0,9 dollar/barel ucuzlaşdırıb. Bununla da Krallıq "qara qızıl"ın bir barelini OPEC-in müəyyən etdiyi qiymətdən 2,30 dollar ucuz satacaq.

Səudiyyə Ərəbistanı daha çox Latın Amerkası, Afrika və Rusiya tədarükçüləri ilə Asiya bazarı uğrunda rəqabət aparır.

Beynəlxalq Energetika Agentliyi bildirib ki, 2014-cü ilin göstəricilərinə əsasən, Çin dünya üzrə ABŞ-dan sonra ən çox neft istehlak edən dövlətdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi