Səudiyyə Ərəbistanı neft ixracını daha da azaltmağı düşünür

Səudiyyə Ərəbistanı neft ixracını daha da azaltmağı düşünür İyulun 24-də Sankt-Peterburqda OPEC+ ölkələrinin növbəti sammiti keçiriləcək
Energetika
19 İyul , 2017 13:59
Səudiyyə Ərəbistanı neft ixracını daha da azaltmağı düşünür

Bakı. 19 iyul. REPORT.AZ/ OPEC təşkilatı neft bazarında tələblə təklif arasında tarazlığı bərpa etmək üçün yeni yanaşma metodları öyrənir. "Report"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Britaniyanın "Petroleum Policy Intelligence" (PPI) konsaltinq şirkəti məlumat yayıb.

Şirkətdən verilən xəbərə əsasən, S.Ərəbistanı birtərəfli qaydada neft ixracını daha 1 mln. barel azaltmağı düşünür. S.Ərəbistanı bu addımı ilə Nigeriya və Liviyanın neft hasilatındakı artımını balanslaşdırmaq niyyətindədir.

PPI-dən həmçinin bildirilib ki, S.Ərəbistanının bu qərarı Rusiyanın Liviya və Nigeriyanı OPEC anlaşmasına cəlb etməyə cavabı kimi qəbul edilib. Xatırladaq ki, Liviya və Nigeriya OPEC-in neft hasilatını azaltmaq barədə anlaşmasından azad olunub. Belə ki, bu ölkələrdə hasilat ölkədaxili siyasi problemlər səbəbindən son illərdə kəskin azalma göstərib.

"Report" xəbər verir ki, iyul ayının 24-də Sankt-Peterburq şəhərində OPEC və ona üzv olmayan ölkələrin neft və energetika nazirlərinin növbəti görüşü keçiriləcək.

Son xəbərlər

Orphus sistemi